Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Dövriyyədə saxta 100 manatlıq var

Dövriyyədə saxta 100 manatlıq var

313
Paylaş

Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır.

Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda açıq-aşkar bilinir.

Qeyd edək ki, 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.