Dövlət tenderlərində ciddi yeniliklər var – AÇIQLANIB

Date:

Paylaş:

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə dövlət satınalmaları sahəsində aparılan iqtisadi islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

“Bizplus.az” xəbər verir ki, tədbirdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyə əsasən dövlət satınalmalarının vahid internet portalının yaradılacaq və ölkədə elektron satınalma prosesi başlanacaq. Nəticədə dövlət satınalmalarının planlaşdırılması, təkliflərin qəbul olunması ilə bağlı daha təkmil nəzarət olacaq.

Artıq vahid internet portalı vasitəsi ilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı bütün məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaqdır.

Eyni zamanda, satınalma üzrə bütün proseduralar və məlumat mübadiləsi onlayn olaraq həyata keçirilməklə, vahid internet portalı tender üzrə iştirak haqqı və tender təklifinin təqdim edilməsi imkanı yaradacaqdır.

İİTKM-in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə hazırladığı infoqrafik təqdimatla Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqətinə çatdırılıb ki, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirməsi imkanının yaradılması, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldıldılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...