Dövlət orqanlarına ödənişsiz “Microsoft” lisenziyalarının paylanılmasına başlayıb

Date:

Paylaş:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC dövlət orqanlarına “Microsoft” lisenziyalarının paylanılmasına başlayıb.

Report agentliyi bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, lisenziyalar ödənişsiz verilir. Bu məsələ nazirliyin ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Artıq 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” lisenziyaları təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və ayın sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.

Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...