Dövlət maşınları satışa çıxarılır

Date:

Paylaş:

Azərbaycanda dövlət maşınları satışa çıxarılır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Hərracda Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və 18 saylı Zaqatala Ərazi İdarəsinə məxsus avtomobillər təklif olunur.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır:

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN).

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Maşın almaq istəyənlər (012) 566-07-44 saylı telefonla əlaqə saxlaya bilərlər.

S/N

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası  Buraxılış ili Start qiyməti
(manatla)
 10% beh
(manatla)
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi QAZ-31105-120 2004 3500 350
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi QAZ-31105-120 2004 3000 300
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nissan Maxima 2005 8000 800
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Renault Symbol 2007 4500 450
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Renault Symbol 2007 4500 450
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi Hyundai Sonata 2005 5500 550
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Nissan Maxima 2007 7000 700
8. Azərbaycan Respublikası Baş Prokurorluğu Volkswagen Passat 2009 5800 580

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...