Dövlət İmtahan Mərkəzi kağızkəsən avadanlıqların satın alınması üçün tender elan edir

Date:

Paylaş:

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs kağızkəsən avadanlıqların satın alınması üçün açıq tender elan edir.

Tender 1 (bir) lot üzrə keçiriləcək.

 Lot-1. Kağızkəsən avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 500 manatdır. 

Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN-1304673921) Bank-“Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193. Kod- 507699 VÖEN (bank)- 9900006111 SWIFT- AZRTAZ22 M/h- AZ02NABZ01350100000000022944 H/h- AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

 – tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

 – tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

– iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
 İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 14 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 27 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs- İlham Əliyev,

Telefon- 502-47-53/56/58, daxili 144.

Faks- 465-87-96, 502-47-22.

E-mail: [email protected]

Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...