Dövlət Agentliyinin sədri CEO Lunch Baku-nun fəxri qonağı olacaq

Date:

Paylaş:

 Bizplus.az marja.az-a istinadən bildirir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev Caspian European Club-un 2019-ci il yanvarın 16-da “Hyatt Regency Baku” otelində təşkil edəcəyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyevin sözlərinə görə, tədbir  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Caspian European Club üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.

CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin  özəl sektor ilə “ASAN xidmət” arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə ediləcək. CEO Lunch Baku-nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

CEO Lunch Baku yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir.

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...