Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Dövlət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə maya yatırdı – FƏRMAN

Dövlət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə maya yatırdı – FƏRMAN

62
Paylaş

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu 2 dəfə artırılıb.

“Bizplus.az”ın məlumatına görə, bu gün Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə, Agentliyinin  nizamnamə fondu 5 milyon manatdan 10 milyon 126 min 118 manata qaldırılıb.

Agentliyin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.