Əsas səhifə Biznes Seçilmiş Dostu və keçmiş həyat yoldaşı Elon Musk’dan danışıblar

Dostu və keçmiş həyat yoldaşı Elon Musk’dan danışıblar

154
Paylaş

Elon Musk-ın dostu Navaid Farooq və keçmiş həyat yoldaşı Justine Musk “Elon Musk: Tesla, SpaceX və fantastik gələcək axtarışında” kitabının müəllifinə Elon Musk-dan danışıblar. Onlar “Tesla”nın rəhbərinin onu uğurlu edən unikal keyfiyyətlərindən bəhs ediblər.

Farooq belə hesab edir ki, Musk-ın ən əsas cəhəti inadkar olmasıdır. O deyir ki, nə etməsində asılı olmayaraq Musk gördüyü həmin işə bütün canını qoyur, yəni fərq etməz –  bu, ya yeni predmetin öyrənilməsi olsun, ya ki, bir kompüter oyunu.

Qeyd edək ki, Farooq-la  Musk tələbəlik illərindən tanışdırlar və kurs yoladşıdırlar. Farooq-un sözlərinə görə, hələ tələbəlik illərində o, Musk-ın digərlərindən fərqləndiyini görüb: iqtisadiyyat imtahanından sonra qrup, suallara cavabları müqayisə edirdi. Həmin vaxt ona dərhal məlum olmuşdu ki, Musk materialı digər tələbələrdən daha yaxşı bilir.

Musk-ın kollecdə tanış olduğu birinci həyat yoldaşı Justine Musk da onu inadkar və həmişə liderliyə can atan biri kimi xatırlayır. Onlar tez-tez qiymətləri müqayisə edirdilər və bir dəfə Justine imtahanda 97-98 bal toplayanda Musk, müəllimi nəticələrə yenidən baxmağa təkid etmişdi, nəticədə də100 bal toplayaraq Justine-ni üstələmişdi.

Justine-in Musk-ın heç vaxt “yox” cavabını qəbul etməməsi də yaxşı yadındadır. O deyir ki, hətta telefona gələn zəngin Musk olduğunu da həmişə bilmək olur – zəng dayanmır. “Ondan qurtulmaq mümkün deyil. Yəni, o sanki bir terminatordur və istədiyini əldə etməkdə qətiyyətlidir, nəyəsə gözünü dikib baxır və deyir: “Bu mənim olacaq”.

Anası Maye Musk bir dəfə oğlunun bir şəklini paylaşır. Orada o, 24 yaşındadır və maşının sınan şüşəsini təmir edir. Musk deyib: “Təmir pulunu ödəyə bilmədim, ona görə də bütün avtomobili ehtiyat hissələrdən istifadə edərək təmir etdim”.