Dörd şirkət – Xiaomi, Huawei, Oppo və Vivo “Xidmət proqramçıları qlobal alyansı”nda (GDSA – Global Developer Service Alliance) birləşməyi planlaşdırırlar. Reuters nəşriyyatı öz mənbələrinə istinadən bu xəbəri verib.
Nəşriyyat bildirir ki, onlar oyun, musiqi, film və tətbiqlər müəlliflərinə məhsulların xarici bazarlarda reklamını asanlaşdırmağa imkan verən platforma hazırlayırlar. Məsələn, proqramçılar eyni zamanda alternativ mağazalarda tətbiq yükləyə, istehsalçılar isə – onları təşviq edə bilirlər.
“Alyansın köməyi ilə şirkətlər öz üstünlüklərindən müxtəlif regionlarda istifadə edə bilərlər: Xiaomi-nin Hindistanda, Vivo və Oppo-nun Cənub-Şərqi Asiyada, Huawei-in isə Avropada güclü istifadəçi bazası var” – Canalys analitik firmasının mobil istiqamətlər üzrə vitse-prezidenti Nicoll Pen hesab edir.
Vitse-prezidentin sözlərinə görə, GDSA Google Play-lə rəqabətə və proqramçılara tətbiqin yerləşdirilməsi və qazanc üçün daha sərfəli şərtlər təklif etməyə imkan verir.
Amma analitik belə hesab edir ki, alyansı idarə etmək problemli ola bilər: “Hansı şirkətin platformaya daha çox sərmayə qoyacağını və GDSA-nı idarə edəcəyini demək çətindir, həm də əvvəllər belə təşəbbüslər uğurlu alınmayıb” – Pen bildirir.
Qeyd edək ki, əvvəlcə GDSA-nın 2020-ci ilin martında buraxılması planlaşdırılsa da anonsa koronavirus dalğasının təsir edə biləcəyindən ehtiyat olunub.