İran, Azərbaycan, Rusiya və Türkiyə “Startup” şirkətləri dəstəkləmək üçün müştərək mərkəz yaradacaq.
Bunu İranın rabitə və texnologiyalar nazirinin müavini və İran İnformasiya Texnologiyaları təşkilatının sədri Əmir Nazimi deyib. O bildirib ki, qərara gəlmişik ki, dörd ölkənin müştərək investisiyası ilə belə bir mərkəz yaradaq ki, sözügedən ölkələrdə “Startup” şirkətlər üçün yeni bazarlar kəşf etməkdə istifadə olunsun.
Ə.Nazimi deyib ki, bu mərkəzin yaradılması üçün ilkin razılıqlar ötən ilin dekabr ayında əldə olunub: “Bu mərkəz elə faəlyyət göstərəcək ki, məsələn, əgər bir “Startup” İranın iş bazarında hansısa sahədə çalışırsa, eyni işi Türkiyə, Azərbaycan və Rusiyada da edə biləcək”.
Onun sözlərinə görə, sabah (iyulun 17-si) dörd ökənin rabitə və informasiya nazirləri Tehranda bu mərkəzin yaradılması ilə bağl təkmilləşdirilmiş razılıqları müzakiə edəcək. Ehimal olunur ki, müvafiq saziş imzalansın.
Qeyd edək ki, Azərbaycan, İran, Türkiyə və Rusiya rabitə və informasiya texnologiyaları nazirlərinin iclası sabah Tehranda keçiriləcək.