Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dondurma istehsalçısının fərqli ideyası heyrətə səbəb olub

Dondurma istehsalçısının fərqli ideyası heyrətə səbəb olub

112
Paylaş

Türkiyənin Elazığ şəhərində dondurma istehsalçısı mövsümə fərqli bir tərzdə başlayıb. 

Dondurma istehsalı və satışı ilə məşğul olan  Səlahəttin Çətinin bu ideyası bir anlıq müştəriləri də çaşdırıb.

Dönər qurğusuna asılmış 300 kiloqramlıq “düm ağ dönər” hər kəsi heyrətləndirib. 

Sahibkar dükanının yay mövsümü açılışına maraqdan ətrafa toplanmış müştərilərə pulsuz dondurma paylamaqla start verib. 

Ən maraqlısı isə o olub ki, dondurmanı həqiqətən də dönər bıçaqı ilə kəsib qablaşdırıb. 

1985-ci ildən səyyar istehsalçılıqla məşğul olan dondurma ustası bildirib ki, bütün məhsullar təbii südlə hazırlanır.