Bir müddət öncə ABŞ-da hamının maraqla izlədiyi seçkilərin qalibi olan və Amerika tarixinə ən varlı prezident kimi düşən Donald Trump artıq 1987-ci ildən ABŞ siyasətinin içindədir. 3,7 milyardlıq sərvəti ilə Forbes jurnalının yayımladığı “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Trump Amerikanın 45-ci prezidentidir.
Atasından qalan daşınmaz əmlak krallığını daha da inkşaf etdirərək sərvətinə sərvət qatan Trump, ərsəyə gətirdiyi ultra–lüks mülklərin ən gözəllərini məhz özünə ayırır. Eyni zamanda ABŞ ərazisində yayılmış olan ən bahalı və lüks malikanələrə sahib olan Trump, sadəcə sərvəti ilə deyil, həm də möhtəşəm mülkləri ilə hər kəsi heyran qoya bilir.
Trump Tower – New York
Dünyanın dörd bir tərəfində inşa etdiyi bu tikililərin demək olarki ən gözəli New Yorkda yerləşir. “Central Park” mənzərəli, 68 mərtəbəli bir göydələn olaraq inşa olunan Trump Towerin terras mərtəbəsində, qızıllarla əhatələnmiş bir sarayı xatırladır. Trumpın yaşadığı bu mənzil, qızıl və brilyantlarla bəzədilmiş qapılara, bir fontana, əl ilə çəkilmiş tavan bəzəklərinə və olduqca bahalı çılçıraqlara sahibdir. Sonralar Trump bu mənzili 21 milyon dollara satmışdır.
Mar-a-lago Malikanəsi – Florida
Trumpın 10-il müddətində yaşadığı bu malikanə dünyaca məhşur olduqdan sonra Trump, bu ultra-lüks evi gecə kulubuna çevirməyə qərar verdi. Təqribən 7 hektarlıq ərazidə yerləşən Mar-a-lago Malikanəsinin 1985-ci ildəki bazar dəyəri sadəcə 10 milyon dollar idi. Hazırda Floridanın ən bahalı mülklərindən olan bu tikilinin 58 yataq otağı, 33 sanitar qovşağı, 12 kamini və 3 sığınacağı mövcuddur. ABŞ-ın məhşur qarğıdalı markası olan “Post Cereal“-ın sahibi Marjorie Merriweather Post tərəfindən inşa etdirilən bu tikili Palm Beachdə yerləşir və hal-hazırda gecə klubu olaraq fəaliyyət göstərir.
Seven Springs – New York
New York, Bedford-da yerləşən Seven Springs Malikanəsi, 1995-ci ildə 7,5 milyon dollara Donald Trump tərəfindən alınıb. Trump əslində bu malikanəni bir golf meydanına çevirmək istəyirdi ancaq bölgədə yaşayan əhali, qolf maşınlarının və tullantı ixrac edən digər vasitlərin yaxınlıqda yerləşən gölü çirkləndirəcəyi fikri ilə bu layihəyə etiraz etdi. Beləliklə, Trump və ailəsi bu mülkü ev olaraq istifadə etmək məcburiyyətində qaldılar. 1919-cu ildə inşa olunan, 60 otaq, 15 sanitar qovuşağı və 3 hovuza malik olan bu ultra-lüks tikili Trumpın sahib olduğu mülklərdən sadəcə biri olaraq qalmaqdadır.
Albemarle Malikanəsi – Virginia
Əvvəlcə Trump sadəcə Kluge-nin üzüm bağları və şərabxana üçün 62 milyon dollar ödəyərək satın almışdı. Bir neçə ay sonra isə əlavə olaraq 6.2 milyon dollar da ödəyərək 7 min kvadratmetrlik Albemarle Malikanəsini aldı. Demək olar ki, 70 milyon dollara alınan bu şərabxana, ilk baxışdan Trump üçün baha başa gəlmiş kimi görünsə də şərab və üzüm bağları Donalda ildə 8 milyon dollar qazandırır. 45 otaqlı, Kino-teatrlı, 610 kvadratmetrlik qonaq otağına sahib olan bu malikanə Trump ailəsinin sərvətinin bariz nümunəsi kimi görünür.
Le Chateau des Palmiers – Saint Martin
Donald Trump 2013-cü ilin Oktyabr ayında almış olduğu Saint Martin ərazisində yerləşən bu xüsusi evdə yaşamağa davam edir. Siyahımızdakı digər evlərə nisbətən daha kiçik olmasına baxmayaraq olduqca görkəmli görünüşə sahib olan bu ev dünyanın ən yaxşı mülklərindən biridir. Özündə 9 yataq otağı, tam təchizatlı bir idman mərkəzini, tennis meydançalarını və 18 dəlikli bir golf sahəsini saxlayan La Chateau des Palmires malikanəsinin bazar dəyəri 19.7 milyon dollar olaraq bilinir.