Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Donald Tramp NASA-ya əlavə 1,6 milyard dollar pul ayıracaq

Donald Tramp NASA-ya əlavə 1,6 milyard dollar pul ayıracaq

28

Amerikanın prezidenti Donald Tramp Ay və Marsın öyrənilməsi üçün NASA-ya əlavə 1,6 milyard dollar pul ayırmağa qərara gəlib.

Bu haqda o, özünün “Twitter” hesabı üzərindən yazıb.

“Biz NASA-nın mükəmməlliyini bərpa edirik və biz Aya geri qayıdırıq”, – deyə prezident yazıb.

Onun sözlərinə görə, amerikalı kosmonavtlar Aydan sonra, Marsa yola düşəcəklər.

Tramp vurğulayıb ki, ABŞ NASA-nın büdcəsinin artımı hesabına, daha böyük kosmosa qayıdacaq.

Daha əvvəl isə bildirilirdi ki, Tramp 2024-cü ilə qədər Aya yola düşməyi tələb edib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here