Əsas səhifə Xəbərlər Xarici xəbərlər Donald Tramp “Apple” şirkətini idxal rüsumlarından azad edə bilər

Donald Tramp “Apple” şirkətini idxal rüsumlarından azad edə bilər

63
Paylaş

“Apple” şirkətinin prezidenti Tim Kuk, Mac Pro noutbuklarının Çində istehsal olunan komponentlər olmadan yığılmasının mümkünsüz olduğunu söyləyib.

ABŞ prezidenti Donald Tramp, şirkəti idxal rüsumlarından azad edilməsi variantını istisna etmir. Prezident bu haqda “Apple” ın baş direktoru Tim Kuk ilə şirkətin fabrikində baş tutan görüşdə məlumat verib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp şirkəti istehsalını Çindən köçürməyə çağırmışdır. Bu məqsədlə prezident ilə Tim Kuk arasında görüş keçirilmişdir. Texnologiya nəhənginin rəhbəri əlavə olaraq qeyd edir ki, yeni rüsumlar “Apple” ın əsas rəqibi olan “Samsung” a rəqabət üstünlüyünü verəcəkdir.

“Biz “Apple”  ilə “Samsung” şirkətinə eyni münasibət göstərməliyik”, – deyə Ağ evin rəhbəri bildirir.

“Vesti.Ekonomika” nın daha əvvəl verdiyi məlumata görə, “Apple” şirkəti maraqlarını müdafiə etmək məqsədilə Donald Trampın ən yaxın müttəfiqlərindən biri olan Jeffrey Miller-i işə götürmüşdür. O, Ağ evin gömrük rüsumları ilə bağlı olan qərarından xəbərdar olmalı, həmçinin “Apple” ın bu siyahıya düşməsinin qarşısını almalıdır.