Əsas səhifə Biznes sahələri Avtomobil Dodge Challenger SRT Demon kupesinin istehsalını bərpa etməyəcək

Dodge Challenger SRT Demon kupesinin istehsalını bərpa etməyəcək

427
Paylaş
Dodge Challenger SRT Demon
Dodge Challenger SRT Demon

Dodge şirkəti ekstremal Challenger SRT Demon kupesinin istehsalını bərpa etməyəcəkdir. Eyni zamanda, Dodge Charger sedanı da “Şeytan” versiyasına sahib olmayacaqdır. Bu barədə Muscule Cars & Trucks nəşrinə FCA konsernində amerika bazarı üçün minik avtomobillərinin hazırlanmasına cavabdeh olan Tim Kuniskis bildirib.

Tim Kunuskis “Şeytanın” konveyerə qayıtmayacağını bildirib. O, Challenger SRT Demon modelinin 3300 sahibinin buna yaxşı baxmayacağını da qeyd edib. O, həmçinin 840 at qüvvəli mühərrikin Charger SRT Hellcat modelinə qismət olmayacağını da söyləyib. Bununla belə, Dodge şirkəti Challenger SRT Hellcat Redeye modelinin 797 at qüvvəli mühərriki ilə təchiz edilmiş Ram Rebel TRX modelini sınadığı barədə şayiələr dolaşmaqdadı.

Bundan başqa, Dodge şirkətinin SRT Hellcat modellərini hybrid güc qurğusuna keçirmək planlarının olduğu da söylənilir. Bu barədə The Detroit Bureau nəşrinə şirkət daxilindəki mənbələr bildiriblər.