Əsas səhifə Məqalələr Fərdi inkişaf Distant iş rejimi ofis işindən daha məhsuldardır

Distant iş rejimi ofis işindən daha məhsuldardır

32
Paylaş

Artıq məlumdur ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bütün dünya məsafədən işləməyə başlayıb və nəticədə məhsuldarlığın artması müşahidə olunub. Belə ki, pandemiyanın üzə çıxmasından əvvəlki dövrlə müqayisədə insanlar gün ərzində 2 saat daha artıq işləyirlər.

NordVPN şirkətinin məlumatına görə,  pandemiya səbəbindən evdə işləmək ona gətirib çıxarıb ki, insanlar işə daha çox vaxt ayırmış olublar. ABŞ-da gündə 3 saat daha çox işləmə qeydə alınıb. Bu, 40% artım deməkdir və bütün dünya üzrə olan ən yüksək göstəricisidir: 8 saatdan 11 saata.

Böyük Britaniya, Fransa, Kanada və İspaniyada isə iş saatlarında 2 saat artım qeydə alınıb. Burada iş günü artıq, müvafiq olaraq, 11, 10, 11 və 10 saat təşkil edir.

İnsanlar artıq belə desək, səhər ofisə getməyə ayırdıqları vaxtı da işə ayırmağa başlayıblar və səbəb də bu ola bilər. Bununla belə,  işlərini eynilə əvvəllər bitirdikləri vaxtda sona çatdırırlar.

 Bundan başqa, NordVPN daha bir nəticəyə gəlib – bütün dünya üzrə stolüstü kompüterlərdən istifadə də çoxalıb.

NordVPN şirkətinin rəqəmsal konfidensiallıq üzrə eksperti Daniel Markusson deyir: “ Koronavirus insanların daha da diqqətli  və həmrəy olmalarına səbəb olub. Buna görə də, belə hesab edirik ki, bütün böhran müddətində iş vaxtı daha da artmaqda davam edəcək. Məhdudiyyətlər aradan qaldırılandan sonra da, düşünürəm ki, bir çox şirkətlər evdən işləməyə meylli olacaqlar”.