“Disney”in rəhbərləri karantin tədbirləri fonunda şirkət işçilərinə görə öz əmək haqqlarından imtina etmək qərarına gəliblər.
Bu barədə We Got This Covered portalı məlumat yayıb.
“Disney”in icraçı direktoru Robert Ayqer maaşının hamsından, müavini Robert Çapek isə 50%-dən imtina edib. Vitse-prezidentlərin məvacibi 20%, şirkətin bəzi digər menecerləri isə onlara görə hesablanan maaşın 25%-30%-dən faizindən imtina ediblər.
Qeyd edək ki, koronavirus səbəbindən Diseny şirkəti bir çox filmlərinin çəkilişini dayandırıb və premyeraları təxirə salıb. Bundan başqa, ABŞ, Yaponiya, Fransa və digər şəhərlərdəki əyləncə mərkəzlərini də bağlamalı olub.