Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Disney” şirkəti Disney + streaming xidmətinə 800 milyon dollar xərcləyəcək

“Disney” şirkəti Disney + streaming xidmətinə 800 milyon dollar xərcləyəcək

218
Paylaş

UBS-in analitiklərinə görə, yayımın ilk ilində “Disney” yeni olan Disney + axın xidmətinə 800 milyon dollar xərcləyəcək.

“Disney” gələcək Disney + axın platforması üçün orijinal kino və televiziya şoularını inkişaf etdirir. Lakin sərmayəçiləri maraqlandıran ən əhəmiyyətli məsələlərdən biri, şirkətin bu platformaya nə qədər sərmayə qoymağa planlaması məsələsidir.

Şirkət Disney+ xidmətini bu ilin sonunda işə salmağa planlayır, bu platformanın məzmunu artıq tanışıq.

Müzakirə olunan mövzulardan biri də şirkətin qiymət siyasəti olacaqdır. “Disney” nümayəndələri qeyd edirlər ki, striming xidməti “Netflix”-dən daha ucuz olacaqdır.  

UBS analitikləri, şirkətin Disney+ üçün bir ilə 10 film və 10 teleşou buraxacağını və bu məqsədlə 800 milyon dollar xərcləyəcəyini ehtimal edirlər.

Variety nəşrin ötən ilin sentyabr ayında verdiyi məlumata görə, studiya Marvel seriyallarına daha çox xərc çəkməyi planlayır. Bir televiziya seriyasına çəkilən xərc təxminən 2,5-3,5 milyon dollar təşkil edəcəkdir. İstisna hallarda bu rəqəm 10 milyon dollara çata bilər. Filmlərin büdcəsi isə ortalama ilə 25-35 milyon dollar təşkil edəcək (bir filmə).

Disney+ onlayn kinoteatrın 2019-cu ilin sonuna yaxın işə salınması ehtimal olunur. Kinoteatrda “Monsters at Work” şousu və “Mandalorian” seriyalı yayımlanacaq.

Müqayisə üçün qeyd etmək lazımdır ki, “Netflix” bu il orijinal filmlərə təxminən 3 milyard dollara qədər xərc çəkəcəkdir. Ümumi kontentə çəkilən xərclər 15 milyard dollar təşkil edəcək. Ötən ildə bu rəqəm 12 milyard dollar olub. “HBO” 2018-ci ildə orijinal kontentə 1,5 milyard dollar, “Amazon” isə 6 milyard dollar xərcləyib, CNBC xəbər verir.

Bu il “Disney” şirkətinin “Netflix” ilə bağladığı razılaşmanın müddəti sona çatır, bunun nəticəsində şirkətin bütün kinorealizləri artıq Disney+ platformasında olacaqdır.   

Xatırladaq ki, bu müqavilə 2016-ci ildə bağlanıb və 275 milyon dollar dəyərində qiymətləndirilib. Müqavilə şərtlərinə görə, “AT&T” ə  məxsus olan TBS və TNT telekanalları köhnə trilogiyaları və yeni filmləri yayıma buraxmaq hüququnu alıblar.

Müqavilə 2024-cü ilə qədər bağlanıb, lakin “Disney” artıq 2019-cu ildə müqaviləni ləğv etmək fikrində olduğunu bəyan edib.