Disney+ onlayn-kinoteatrı işə başladığı ilk saatlardan 10 mln. izləyici cəlb edib

Date:

Paylaş:

Disney+ onlayn-kinoteatrı 2019-cu ilin 12 noyabrında işə başlayıb. Xidmət hələ ki, ancaq ABŞ, Kanada və Niderlandda keçərlidir. Artıq noyabrın 13-ü, ilk 24 saat ərzində  Disney+ 10 mln. istifadəçi toplayıb. Hərçənd, ilk gün istifadəçilər xidmətin işində nasazlıqlar olduğundan şikayətləniblər.

Bildirişdən sonra Disney-in səhmləri 8% artaraq saat 23:10-da 149,74 dollar olub.

Bloomberg yazır ki, Disney+ izləyici sayı analitikləri heyrətləndirib, çünki onlar 10 mln. istifadəçi sayı yığmaq üçün ona çoxlu zaman lazım gələcəyini proqnoz etmişdilər.

CNBC qeyd edir ki, Disney yeddi günlük ödənişsiz yoxlama versiyasını da təklif edir və bütün izləyicilərin abunəliyə görə ödəniş etməyə davam edəcəkləri fakt deyil. Bundan başqa, Verizon operatoru öz abonentlərinə Disney+-də illik ödənişsiz abunəlik təqdim edir.

Şirkətin özünün erkən proqnozlarına görə, 2024-cü ildə bütün dünya üzrə Disney+-də abunəçi sayı 60 milyondan 90 milyona çatacaq.

Qeyd edək ki, Disney+-də abunəlik qiyməti aylıq 6,99 dollar və ya illik 69,99 dollardır. İstifadəçilər kinolara, Disney, Pixar, Marvel-dən seriallara baxa biləcək və həmçinin, “Ulduz müharibələri” kainatı layihələrindən xəbərdar olacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...