Orada “Disney”, “Pixar”, “Marvel”, həmçinin “Ulduz müharibələri” üzrə və “National Geographic”dən olan layihələr yığılıb.
“Disney” 2019-cu ilin 12 noyabrında özünün “Disney+” onlayn-kinoteatr ını istifadəyə verib. Ondan istifadə ayda 6,99 dollara, ildə isə 69,99 dollara başa gələcək. İki il ərzində “Disney” onu dünyanın bütün əsas regionlarında istifadəyə verməyi planlaşdırır.
Xidmətdə “Disney”in 500 filmi və 7,5 min epizodu , bununla yanaşı studiyanın demək olar ki, bütün klassik kinoları yer alacaq. Həmçinin, “Disney+”də yeni layihələr, məsələn, “Marvel”dən və” Ulduz müharibələri” dən seriallar ,eyni zamanda orijinal filmlər olacaq.
“Disney” “Disney+” -i Smart TV, planşetlər, oyun konsolları və brauzerlər də daxil olmaqla bütün mümkün platformalarda istifadəyə verməyi vəd edib. Kinoteatr 4K HDR-ə qədər olan təsvir keyfiyyəti təqdim edib – köhnə xidmətlərində “Disney” öz filmlərini bu keyfiyyətdə təqdim etməyib.