“SmileDirectClub” startapı dişlərini düzləşdirmək istəyən şəxslərə breketlər əvəzinə şəffaf qapaqlar təklif edir. Şirkətin xidmətləri ortodontdan daha ucuzdur. Qarşıdan gələn Nasdaq IPO-su SmileDirectClub-un 30 yaşlı qurucularını Amerikanın ən gənc milyarderlərindən edir.
Bu ay “SmileDirectClub” ilk dəfə Nasdaq Nyu-York birjasına çıxacaq. Şirkət dişlərin düzləşdirilməsi üçün olan elayner adlı xüsusi aparatlar istehsal edir. Birja üçün şirkət hər səhmə görə 19-22 dollar diapazonundan qiymət qoyub. Ticarət SDC tikeri altında aparılacaq. IPO nəticəsində şirkətin 30 yaşlı qurucuları ABŞ-ın ən gənc milyarderləri sırasında olacaqlar.
30 yaşları olan Jordan Katzman və Alex Fenkell şirkəti 2014-cü ildə yaradıblar. Hal-hazırda onlardan hər birinə B sinfi səhmlərinin təxminən 25%-i aiddir. Əgər ilk IPO-da şirkətin səhmlərinin qiyməti gözlənilən diapazonun aşağı həddinə yaxın olsa Jordanın payı 1,4 milyard dollar olacaq. Alex-in payına isə 1,3 milyard dollar düşəcək.