Əsas səhifə Biznes Dil öyrənmə tətbiqi Duolingo 25 milyon dollar investisiya alıb

Dil öyrənmə tətbiqi Duolingo 25 milyon dollar investisiya alıb

861
Paylaş

Dil öyrənmə sahəsində ən məşhur və bəyənilən tətbiqlərdən biri olan Duolingo 25 milyon dollar sərmayə alaraq unicorn olmağa bir addım daha yaxınlaşdı.

Drive Capital liderliyindəki yeni investisiya turuyla Duolingonun dəyəri 700 milyon dollara yüksələrkən startupın bu günə qədər aldığı ümumi investisiya məbləği də 108,3 milyon dolları ötmüş oldu. Duolingonun inkişaf və marketinq üzrə əməkdaşı Gina Gotthilf, bu investisiyaya ehtiyac duymadıqlarını və bir neçə təklif içində özləri üçün ən faydalı olanı seçim etdiklərini paylaşır. 200 milyon istifadəçini keçdiklərini söyləyən Gotthilf 25 milyon aylıq aktiv istifadəçi sayına çatdıqlarını da bildirib