İtalyanın geyim və aksessuarlar istehsalçı olan Diesel şirkətinin ABŞ bölməsi, iflas qanununun 11-ci fəslinə uyğun olaraq Delaver ştatının məhkəməsinə iflas ərizəsini təqdim edib. Bu haqda Reuters xəbər verir.
Şirkətin Diesel ABŞ bölməsinin təqdim etdiyi ərizəyə əsasən, bunun səbəbi illik satışların 53% aşağı düşməsi, artan itkilər, bahalı icarə və bir neçə kiber fırıldaqçılıq hadisəsi olub ki, bu da üç il ərzində şirkətə 1,2 milyon dollara başa gəlib.
Şirkət Diesel ABŞ bölməsinin əməliyyatları dayandırmaq niyyətində olmadığını vurğulayır. Üçillik plana əsasən, şirkət yeni müştəriləri cəlb etmək üçün daha sərfəli mağazalara diqqət ayırmaq, təqdim olunan məhsulların çeşidini genişləndirmək və ictimai rəy liderləri ilə əməkdaşlıq etmək niyyətindədir.