“Son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsi genişləndirilib”.
“Bizplus.az” xəbər verir ki, bunu Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının II Respublika Forumu”nda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, hazırda “Yaşıl Dəhliz” sisteminin iştirakçıları 505-ə çatıb: “Bu ilin fevralın 1-dən fəaliyyətə başlamasına baxmayaraq “Yaşıl Dəhliz” sisteminin iştirakçılarının sayı 505-ə, bu sistem üzrə dövriyyənin həcmi 8 mlrd dollara çatıb. Məhz aparılan islahatlar nəticəsində dövlət büdcəsinə ödənilən vergi və rüsumların həcmi əlavə olaraq 2 mlrd manata çatıb. Məhz aparılan sağlamlaşdırma işləri nəticəsində gömrük əməkdaşları tərəfindən 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb”.