Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri DGK: Azərbaycan yanvar-sentyabr aylarında Rusiyaya ixracı 13% artırıb

DGK: Azərbaycan yanvar-sentyabr aylarında Rusiyaya ixracı 13% artırıb

310
Paylaş

2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi $1 mlrd. 694 mln. 926,84 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 18,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,64%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

“Hesabat dövründə Azərbaycan Rusiyaya $443 mln. 56,52 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ixracın 3,1%-i Rusiyanın payına düşüb”, – deyə məlumatda bildirilir.

Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 251 mln. 870,32 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,84% Rusiyadan tədarükün payına düşüb.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $808 mln. 813,8 min təşkil edib.