Əsas səhifə Məqalələr Deşifrə edilmiş Bill Gates. Netflix milyarderin fikrindən keçənlər barədə film göstərib

Deşifrə edilmiş Bill Gates. Netflix milyarderin fikrindən keçənlər barədə film göstərib

222

Microsoft-un qurucusu və yaxın keçmişin dünya üzrə ən zəngin adamı Bill Gates cəld şəkildə, saatda 150 səhifə oxuyur və oxuduğunun 90%-ni yadda saxlaya bilir, səhayətlərə özü ilə həmişə içi kiatblarla dolu parça çanta götürür. Həmin kitablardan milyarder daim özündə yaranan suallara cavab axtarır. Bəs bu suallar hansılardır?

2014-cü ildə direktorlar şurasına sədrlikdən getdikdən sonra  Gates xeyriyyəçiliklə məşğul olmağa başlayır və qlobal problemlərin həllinə çalışır: xəstəliklərin geniş yayılması, istixana effekti və planetin çirklənməsi.

Sentyabrın 20-si Netflix striminq xidmətində “Bill-in beynindəkilər: Bill Gates-i deşifrə edirik” adlı sənədli film çıxır. Üç seriyalı flmdə “Oscar” mükafatı laureatı, rejissor  Davis Guggenheim Gates-in həyatı, şəxsiyyəti, karyerası və üç iri filantropik layihəsindən bəhs edir. Gəlin filmdən ən maraqlı faktlarla tanış olaq.

Gənclik illəri və ən yaxın dostunun ölümü

Билл Гейтс на руках отца

Bill Gates zəngin ailədə böyüyüb – atası tanınmış hüquqşünas olub. Beşinci sinifi bitirdikdən sonra valideynləri Gates-i özəl məktəbə keçirmək qərarına gəlirlər. O, buraxılış imtahanından qəsdən kəsilməyi düşünür: “ Mən sinifdə kloun kimi idim və orada da özümü elə apara bilib-bilməyəcəyimə əmin  deyildim”.

O zamanlar botanik  Kent Evans Bill-in ən yaxın dostu idi. Gates hələ də onun nömrəsini əzbərdən bilir – filmdə də onu əmin şəkildə səsləndirir. Kent tez dünyasını dəyişib: o, hamı üçün gözlənilməz olaraq alpinistlər klubuna yazılır və məşqlər zamanı yıxılır. “ İbadətgahda necə ağladığım yadımdadır. Mənə müəllimimiz təsəlli verirdi”- deyə Gates xatirələrini bölüşüb.

Билл Гейтс и его лучший друг Кент Эванс (в центре)

Pol Allen və Microsoft

Yeni dostu ilə Gates, proqramlaşma üzrə məktəb klubunda tanış olur. O, Microsoftun gələcək qurucusu Pol Allen idi. Onlar birlikdə ilk kommersiya sifarişlərini yerinə yetirməyə başlayırlar. Məktəblərinin 400 şagirdi üçün dərs cədvəli hazırlayırlar və bundan sonra orada məhşurlaşırlar.

“Biz birlikdə çox əylənirdik. Mən əvvəllər heç vaxt içki içməmişəm, amma Pol məni sərxoş etdi”. Allen-ə Bill-in içikili və siqaret çəkən halı maraqlı idi. “Yaramaz böyük qardaşına oxşayırdımı?”- deyə, rejissor soruşur. “Hə, oxşadığım olurdu”- Gates təsdiqləyir.

Билл Гейтс и Пол Аллен

Allen və Gates birlikdə ilk işlərini – Altair 8800 kompüteri üçün kommersiya proqram təminatını hazırlayırlar. Tezliklə isə Microsoft-u qururlar. Tərəfdaşlar çox işləyirdilər. Gates hərdən nahar yeməyi əvəzinə necə şəkərli portağal içkisi içməyindən danışıb. O, onu ovcuna töküb içirdi. “ Bədənimizdə su, artıq var, ona görə, belə də olar” – deyə, milyarder gülümsəyir.

Allen böyük şirkətə rəhbərlik etmək və bütün günü işləmək istəmirdi. Onunla Gates arasında münaqişələr başlayır: Bill özü işləməyə həvəsli idi və dostunun da belə olmasını istəyirdi. 1982-ci ildə Allen-də ağır xəstəlik aşkarlanır və o, Microsoft-u tərk edir. Köhnə dostların əlaqəsi demək olar ki, kəsilir. 2018-ci ildə Allendəki xəstəliyə xroniki diaqnoz qoyulur və Gates onunla əlaqə saxlayır. Onların ortaq dostlarının sözlərinə görə dostlar arasında kövrək ünsiyyət yaranır. Amma 2018-ci ilin oktyabrında  Pol-un ölümünə kimi dostlar görüşmürlər. Filmdə milyarderdən Allenlə bağlı nədənsə təəssüflənib-təəssüflənmədiyi barədə soruşulanda, o heç bir cavab vermir.

Билл Гейтс и Пол Аллен

Həyat yoldaşı Melinda

“Mənə elə gəlirdi ki, heç kim onunla ailə qurmağa razı olmaz” – Gates-in böyük bacısı Christy Blake filmdə deyir. Bill-lə Melinda Microsoft (Melinda şirkətə 1987-ci ildə gəlib) əməkdaşları üçün olan şam yeməyində tanış olurlar. İlk əvvəl onlar münasibətlərini ciddi qəbul etmirlər: “ Melinda-nın başqa da oğlan dostları var idi, mənimsə Microsoft-um”. Lakin bir ildən sonra onlar bir-birlərinə sevgilərini etiraf edirlər.

Gates evlənmək istəyirdi, amma şirkətə idarəçilikdən yayınacağından qorxurdu. “Bir dəfə mən yataq otağına daxil olanda qarşıma “evliliyin əleyhinə və lehinə” yazılı lövhə çıxdı” – deyə. Melinda Gates bildirir. Onlar nəhayət ki, 1994-cü ildə ailə qururlar. Gates işə və ya ezamiyyətlərə gedəndə Melinda çox vaxt evdə uşaqları ilə tək qalırdı. Windows çıxandan sonra Gates ulduz olur və Melindanın çətin günləri başlayır. Özü bunu insanlar arasında olmağı sevməyən birisi olması ilə əlaqələndirir.

Билл и Мелинда Гейтс

Buffett-lə dostluğu

Səhmdar Warren Buffett-lə görüşə anasının təkidi ilə gedir. Gates əvvəlcə işləri ilə əlaqədar olaraq etiraz etsə də, sonda təslim olur: “ Oldu, mən vertolyota minib görüşə gedəcəm, amma yarım saatdan sonra işə qayıdacam”. İş adamlarının söhbəti bir neçə saat çəkir.

Bill və Warren artıq uzun illərdir ki, dostdurlar və onlar hər mənada tərəfdaşdırlar – həm filantropiyada, həm də biznesdə: Buffett  Gates-in xeyriyyəçilik fonduna çoxlu pul ianə edir. Bill Buffett-in pullarının məsuliyyətinin onun üçün ağır olduğunu deyib: “Pullarımı qorusam özümü daha az günahkar hiss edəcəm”.

Билл Гейтс и Уоррен Баффетт

Gates çox mütaliə edir

“Bir dəfə biz birlikdə istirahətə getmişdik və məzuniyyət boyunca o, 14 kitab oxudu, – Gates-in dostu Berni Noa deyir. – Bilirsiz, bu bir vergidir. O, bir saatda sürətlə 150 səhifə oxuyur və oxuduqlarının da 90%-ni yadında saxlaya bilir”. Bill-in kiçik bacısı isə deyir ki, uşaq vaxtı Gates özü otağına çəkilib saatlarla kitab oxumağı çox sevirdi.

Oxuduğu kitabların mövzuları – sağlamlıq, energetika, iqlim dəyişikliyi. Onun kitablar rəfi yazıçı və alim Vaclav Smil-in kolleksiyaları ilə doludur. Milyarder kitablarda onu maraqlandıran suallara cavab axtarır, amma bəzi məsələlərdə o özü özünə deyir: “ Hey, bunun üzərində sadəcə özün düşünməlisən”. Bədii ədəbiyyatdan Bill və Melinda “Dahi Getsbi” romanını xoşlayırlar.

Билл Гейтс

Gates necə düşünür

Gates özü də etiraf edir ki, hələ uşaq vaxtından o beyninin digər insanlardan daha sürətli işlədiyini başa düşür. Məktəb xatirələrindən danışarkən bildirir ki, bir dəfə onun üçün məruzəçinin arifmetik tapşırıqlar söylədiyi bir plastinka qoyurlar. “ O, çox sürətlə danışırdı. “13 üstəgəl 8”. “17 üstəgəl 9”. “10 üstəgəl 32”. Mən cavabları qeyd etdim, sonra isə digər şagirdlərin nə düşündüyünə baxdım: “ Bu ki çox sürətlidir”.

Свадьба Билла и Мелинды Гейтс

Yoldaşı Melinda onun beynini multiprosessorla müqayisə edir. “ Onun beyni çox qarmaqarışıqdır. Mən belə bir başın içində olmaq istəməzdim” – deyərək, Melinda filmin adına gülür. Onun sözlərinə görə əri hər dəfə beynində nəsə düşünəndə otaqda o tərəf, bu tərəfə gedir: “ Bu ona fikirlərini toparlamaqda kömək olur”.

Milyarderin köməkçisi xanım Jiloty deyir ki, Gates-in bütün günü dəqiqəsinə kimi hesaba alınıb və o heç vaxt gecikmir. “ Vaxt onun satın ala bilmədiyi yeganə resursdur. Onun da hamımız kimi 24 saat vaxtı var”- xanım qeyd edir.

1990-cı illərdən Gates özü üçün “düşüncələr həftəsi” təcrübəsi keçirir – zaman-zaman sakit bir məkanda təkliyə çəkilərək (məsələn, göl kənarında balaca bir ev) mütaliə edir və düşüncələrə dalır: “Bu, mərkəzi beyin üçün ayrılan vaxtdır. Elə bir vaxt ki, sən nəsə haqqında düşünə bilirsən”. Son illər isə Gates Microsoft-un işləri ilə deyil, qlobal problemlərlə məşğul olur.

Xeyriyyəçilik layihələri

2008-ci ildə Bill Microsoft-a operativ idarəçilikdən gedir, Forbes jurnalı isə onun sərvətini 58 mlrd. dollar dəyərləndirir. Hələ istefaya getməmişdən qabaq o Melindanın köməyi ilə özəl xeyriyyə fondu yaradır. Sonralar o, dünyanın böyük fonduna çevrilir. Cütlük, ailə planlaması, vaksinasiya, qadınların hüquqları və ABŞ-da təhsillə əlaqədar problemlərin həllinə ildə 5 mlrd. dollara yaxın pul xərcləyir. Gates, The New York Times qəzetində natəmiz sanitariya şəraitinə görə Nigeriyada uşaqların diareyadan ölməsi ilə bağlı məqaləni gördükdən sonra fəaliyyət istiqamətini dəyişmək və kasıb ölkələrdəki insanlara yardım etmək qərarına gəlir. Melindanın sözlərinə görə uşaqların belə vəziyyətdə olması o zaman artıq özü də ata olan Gates-i dəhşətə gətirmişdi.

Gates-lər fondu “yeni ayaqyoluların təşkil edilməsi”nə yeddi illərini və 200 mln.dollar pullarını sərf edirlər. Gates şəxsən özü ən nüfuzlu universitetləri araşdırmalara qoşulmağa çağırır, amma ona cavab gəlmir. İş adamı müsabiqə elan edir və onlarla konsept əldə edir. Yapon istehsalçısı “Lixil” layihələrindən birini işə salmağa razı olur.

Билл Гейтс

Filmdə Gates-in daha bir təşəbbüsündən bəhs olunur – sinir sistemini iflic edən infeksion xəstəliklər və uşaq beyin iflici ilə mübarizə. Gates xəstəliyin tam aradan qaldırılmasına nail olmaq istəyirdi və bu istiqamətdə uğur əldə edə bilir. Belə ki, Nigeriyada xəstəlik göstəricisi on dəfə azalır. Gates-in fondunun bölməsi ondan xəstəliklə mübarizədə xərcləri iki dəfə artırmağı istəyir. Onlar 200 mln. dollar daha istəyirlər, Gates 400 mln. dollar ayırır.

Üçüncü istiqamət – qlobal istiləşmə ilə mübarizədir. Gates əmindir ki, problemi, karbon qazı tullantısını azaltmaqla həll etmək olar. İş adamı nüvə enerjisinə güvənir və yeni növ nüvə reaktoru işləyən startapı da yaradıb. Şirkət Çin hökuməti ilə təcrübəli bir nümunə quraşdırmaqla bağlı razılığa gəlsə də Vaşinqtonla Pekin arasındakı ticarət müharibəsi planlara mane olur.

 

1 rəy

Rəy bildir

Please enter your comment!
Please enter your name here