Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Dekabrda Bakıda Rusiya-Azərbaycan İşgüzar Şurasının biznes-forumu keçiriləcək

Dekabrda Bakıda Rusiya-Azərbaycan İşgüzar Şurasının biznes-forumu keçiriləcək

589
Paylaş

Cari ilin noyabr ayında Bakıda Rusiya İxrac Mərkəzinin ofisi açılacaq. Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində məlumat verib. Onun sözlərinə görə, dekabrın axırında Bakıda həm də Rusiya-Azərbaycan İşgüzar Şurasının biznes-forumu keçiriləcək.

P.Fradkov deyib: “Azərbaycan bizim üçün mühüm tərəfdaşa çevrilir. Müxtəlif sahələri təmsil edən 45 şirkətin daxil olduğu Rusiya-Azərbaycan İşgüzar Şurası fəal iş aparır. Təkcə bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi təxminən 1,5 milyard dolar olub”.

Fradkovun sözlərinə görə, Azərbaycan Rusiyanın ixrac üzrə əsas tərəfdaşları arasında 9-cu yeri tutur. Azərbaycanın tərəfdaşlıq etdiyi əsas regionlar Moskva vilayəti, Moskva şəhəri, Nijni Novqorod vilayəti, Stavropol diyarı və Tula vilayətidir. Bu halda Stavropol diyarı üçün Azərbaycan əsas ixrac tərəfdaşıdır.

Rusiya İxrac Mərkəzinin başçısı vurğulayıb: “İxrac Mərkəzi ümumi həcmi 460 milyon dollardan çox olan 80-ə yaxın Rusiya-Azərbaycan layihəsini dəstəkləyir”.