Əsas səhifə Xəbərlər Digər xəbərlər DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlandı

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlandı

292

FİFA-nın Mətbuat xidməti: Bu rəqəm dəyişə bilər
Bakı. 6 iyun. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

Bu barədə Report-un sorğusuna cavab olaraq FİFA-nın Mətbuat xidmətindən məlumat verilib.

Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali futbol qurumundan 500 bilet əldə edib. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.