Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.
Görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüşün yekununda SOCAR və “LUKoil” şirkətləri arasında bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı özündə əks etdirən memorandum da imzalanıb.