Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Davos Forumunda iştirak edəcək milyarderlərin sayı açıqlanıb

Davos Forumunda iştirak edəcək milyarderlərin sayı açıqlanıb

79
Paylaş

Bu həftə İsveçrədə keçiriləcək Davos Zirvəsində iştirak edəcək milyarderlərin sayı məlum olub. Belə ki, bankirlər, siyasətçilər və digər qabaqcıl şəxslərin də görüşəcəkləri toplantıda 119 milyarder bir araya gələcək.

“Bizplus.az” xarici mətbuata istinadən xəbər verir ki, təxminən 100 ölkədən 2 mindən çox adın olduğu qonaq siyahısında “Bridgewater Associates LP”in qurucusu Rels Dalio-nun, “Blackstone Group Inc”ın başçısı Steve Schwarzman-ın və “JPMorgan Chase & Co”ın direktoru Jamie Dimon-ın da adı var.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumuna qatılacaq milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.