Los-Ancelesin Bel-Eyr rayonunda “Mona Liza” dəyərində 500 milyon dollarlıq ev satışa çıxarılıb.
Bizplus.az xəbər verir ki, “Mona Liza” kimi nadir tapıntıya sahibsinizsə, istədiyiniz qiyməti deyə bilərsiniz”, – deyə, layihənin yaradıcısı Nayl Nayami “Bloomberg” ə bildirib.
Nayaminin alıcı tapıb alqı-satqı əməliyyatını həyata keçirəcəyi təqdirdə, bu ev ABŞ-dakı ən bahalı yaşayış obyektinə çevriləcək.
Xatırladaq ki, layihənin həyata keçirilməsinə 2015-ci ildə başlanılıb. Nayami tikinti işlərinin 20 ay davam edəcəyini proqnozlaşdırsa da, sənəd və maliyyələşdirmə ilə əlaqəli olan problemlərə görə bu müddət bir qədər uzadılıb. Mütəxəssisin fikrincə, onun dediyi qiymət yaxın beş il ərzində aktual olacaq.
Sahəsi 9300 m2 olan bu ev təpə üzərində tikilib. Layihəyə görə, təkcə yataq otağının sahəsi 460 m2 təşkil edir, sahəyə əlavə olaraq gecə klubu, boulinq, dörd hovuz və 30 avtomobili tutacaq qaraj da daxildir.