Daşınan elektronika və xidmətlər Apple-a çoxlu gəlir gətirir

Date:

Paylaş:

Şirkətin gəlirləri 64 mlrd. dollar təşkil edib, bu keçən ilin analoji dövrü ilə müqayisədə 2% çoxdur.

2019-cu ilin 4-cü rübü üzrə Apple-ın dərc etdiyi maliyyə nəticələri şirkətin əsas gəlirlərinin daşınan elektronika mallarının satışından və tam imkanlı xidmətlərdən gəldiyini göstərib. Apple Watch və AirPods-un da daxil olduğu daşınan cihazlar gəliri 55% artırıb.

Xidmətlərdən gələn gəlir çox olmasa da 18%-i az da hesab etmək olmaz. Onlar Apple-a 12,5 milyard dollar gəlir gətiriblər. Bu hələ Apple TV+ buraxılmamışdan qabaq olan göstəricidir.

Növbəti rübdə Apple Watch Series 5-in satışı ilə əlaqədar olaraq daha çox artım gözlənilir. Artıma bu yaxınlarda təqdim olunan yeni AirPods Pro modeli də təkan verəcək.

iPad satışları da çox yaxşı nəticə göstəriblər və keçən ilin analoji dövrü ilə müqayisədə 18% artım müşahidə olunur. Onlar son 6 ayın ən yaxşısı olublar. Amma Mac-dan gələn gəlirlər keçən illə müqayisədə 4% azalıblar.

Ümumilikdə şirkət çox yaxşı nəticə göstərib. Apple-ın CEO-su bildirib ki, bu,şirkətin bütün tarixi boyu dördüncü rüb üzrə ən çox gəlir artımıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...