Əsas səhifə Biznes Seçilmiş Danışığı dünyanın 20 dilinə çevirə bilən qulaqcıq satışa çıxarılacaq

Danışığı dünyanın 20 dilinə çevirə bilən qulaqcıq satışa çıxarılacaq

335
Paylaş

Bilirik ki, bir çoxlarınız bunu arzu edib. Çinin “Timekettle” şirkəti sinxron tərcümə üçün nəzərdə tutulmuş qulaqlığı satışa buraxıb. Bu, real vaxtda digər dilin daşıyıcısı olan biri ilə ünsiyyət qurmaq imkanını verir.
Görünüş baxımından Timekettle “WT2 Plus! simsiz qulaqlıqları Apple AirPods-a bənzəyirlər, lakin onların imkanları sadə qulaqlıqlardan üstündür. Bu yeni texnologiya nitqinizi dünyanın 21 dilinə tərcümə etmək imkanını verir. Yayıldığı kimi, tərtibatçı şirkət öz istifadəçilərinə yaxın bir zamanda daha 15 dili əlavə etməyi vəd edir.

“Bizplus.az” bildirir ki,hazırda qulaqlıqlardan istifadə etmək üçün smartfona ehtiyacınız var. Söhbətə başlamazdan əvvəl, smartfonda istədiyiniz dili seçməlisiniz, həmçinin Wi-Fi və Bluetooth-un aktiv olduğunu yoxlayın.
Setə iki qulaqlıq daxildir, belə ki söhbətdə yalnız 2 nəfər iştirak edə bilər. Qulaqlıq 15 saniyəlik nitqinizi 5 saniyəyə tərcümə edir.
Tərcümənin dəqiqliyi 95%-dır. Qulaqlıqları şirkətin rəsmi saytından, 219 dollara ala bilərsiniz.