Danimarkada 9 yeni süni ada yaradılacaq

Date:

Paylaş:

Danimarka paytaxtında 9 yeni süni ada yaradılacaq.

Bizplus.az-ın Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin hökuməti Kopenhagen sənaye rayonunun genişləndirilməsi və yeni investisiyaların cəlb olunması üçün yanvarın 7-də doqquz yeni süni adanın yaradılması planını dəstəkləyib.

Hökumətin planına görə, yeni layihə 3 milyon kvadratmetr ərazini əhatə edəcək. Gözlənildiyinə görə, layihənin reallaşdırılmasına təqribən 380 müəssisə cəlb ediləcək, 12 min iş yeri yaradılacaq. Ölkə iqtisadiyyatı 8 milyard dollardan çox artacaq ki, bu da Danimarkada ümumi daxili məhsulun 2,5 faizinə bərabərdir. Adaların yaradılması Kopenhagen və Xvidovr şəhərləri bələdiyyələri, habelə bir sıra pensiya şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Kopenhagendən olan məişət tullantılarından bioqaz istehsal etmək, çirkab suları təmizləmək və külək dəyirmanlarının ekoloji təmiz enerjisini toplamaq üçün adalardan birində zavod inşa ediləcək. Digər adalarda sənaye şirkətləri üçün yerlər yaradılacaq.

Tikinti 2022-ci ildə başlaya, layihə isə 2040-cı il üçün tam reallaşa bilər.

Krallığın iqtisadiyyat və daxili işlər naziri Simon Ammittsböl–Bille deyib: “Biz biznesin, investisiyaların və yüksək ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi üçün beynəlxalq rəqabətdə güclü olacağıq. Bu, təkcə paytaxtda deyil, bütün Danimarkada yüksəlişə və inkişafa kömək edə bilər”.

KİV-lər yazırlar ki, yeni layihə dövlətin dəstəyini alandan sonra Danimarka parlamenti tərəfindən də bəyənilməlidir. Tikinti işləri yalnız bundan sonra başlaya bilər.

Qeyd edək ki, Zelandiya, Slotsholmen və Amager adalarında yerləşən Kopenhagen süni adacıqların tikintisi hesabına artıq dəfələrlə genişlənib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...