Daimler və BMW Çində əlverişli qiymətə elektrik avtomobillərin birgə istehsalı ilə bağlı əməkdaşlıq planını ləğv etmək haqqında düşünür, bu barədə Almaniyanın Sueddeutsche Zeitung gündəlik nəşri çərşənbə günü məlumat yayıb.
Daimler və BMW şərh bildirməkdən imtina ediblər.
Keçən ay, xəbərlərdə bildirilib ki, BMW və Daimler elektrik avtomobillər üçün nəqliyyat platformasını inkişaf etdirməklə bağlı danışıqlar aparıblar, belə ki, hər bir avtomobil istehalçısı ən azından 7 milyard avro ( 7.85 milyard $) qənaət edə biləcək.
Hər iki şirkət, sürücüsüz avtomobillər üçün mühəndislik xərclərinin mübadiləsini nəzərdə tutan əməkdaşlıq danışıqlarını qəbul ediblər, lakin BMW və Daimler onların əməkdaşlığının bütün avtomobil platformalarını əhatə edə biləcəyinə dair şərh verməkdən dəfələrlə imtina ediblər.
Sueddeutsche Zeitung-un dediklərinə görə, Daimler və BMW hal-hazırda 27,500 və 32,500 avro qiyməti aralığında elektrik avtomobillərlə bağlı ortaq plan haqqında düşünürlər, belə ki, bu, elektrik avtomobilləri üçün kütləvi bazar açma imkanı verən qiymət seqmentidir.
Qəzetdə deyilib ki, layihəni həqiqətən həyata keçirib keçirməyəcəkləri və Çində hələ də yeddi il ərzində bir milyon elektrik avtomobil istehsal edə biləcək yeni bir zavodun payını bölüşüb bölüşməyəcəkləri və bu iki şirkətin birgə müəssisə qurub qurmayacaqları hələ ki dəqiq məlum deyil.
Qəzetin məlumatına görə, plan, BMW və Daimler–də bəzi menecerlər tərəfindən tənqidlə qarşılanıb, belə ki, hər ikisinin həm də yerli çin tərəfdaşları ilə əməkdaşlıq planı var və BMW , markasının Daimler ilə bir razılaşma quracağından narahatlıq keçirib.