Dünyaya böyük kəşflər, nailiyyətlər, yeniliklər bəxş edən dahi insanlar həm də qəribəlikləri ilə diqqət mərkəzində olublar. Onlar təkcə əməlləriylə deyil, yaşam tərzləri, baxışları, davranışlarıyla da başqalarından seçiliblər…
Napoleon Bonapart
Fransa imperatoru, dahi sərkərdə Napoleon Bonapart əndazəsiz həddə vanna qəbul edərdi. Hətta hərbi yürüşə çıxanda da yanında vanna olardı. Bu gigiyenik prosedur zamanı o, məktublar diktə edər, qəbuluna gələnlərlə söhbət aparar, əmrlər verərdi.
Napoleonun qida qəbul etmək üsulu da fərqliydi. O, süfrə arxasında həmişə tək oturar, yeməklərin hamısını birdən gətizdirib seçim etmədən, tələsə-tələsə, hansı qabdan gəldi yeyərdi.
![Napoleon Bonapart](https://bizplus.az/wp-content/uploads/2019/07/Napoleon-Bonapart_bizpllus.az_.jpg)
Lüdviq van Bethoven
Dahi bəstəkarın üzü həmişə tüklü olurmış. Bethovenə görə, bu, yaratmaq eşqinə kömək edirmiş. Bəstələməyə başlamazdan əvvəl bəstəkar başına bir vedrə soyuq su tökərmiş. Onun fikrincə, bu, beyin fəaliyyətinin tənzimlənməsinə kömək olurmuş.
![Lüdviq van Bethoven](https://bizplus.az/wp-content/uploads/2019/07/Lüdviq-van-Bethoven_bizplus.az_.jpg)
Aleksandr Puşkin
Dahi rus şairi Puşkin misilsiz şeirlərini yaradarkən onun üçün xüsusi reseptlərlə hazırlanmış limonadı içməyi xoşlayarmış. Kamerdinerinin sözlərinə görə, şair gecə işləməli olanda mütləq əvvəlcədən içki tədarükünü görərmiş. Allaha sidq-ürəkdən inanan şair gələcəyi barədə deyilən sözlərə, o cümlədən dueldə öləcəyinə əmin imiş.
![Aleksandr Puşkin](https://bizplus.az/wp-content/uploads/2019/07/Aleksandr-Puşkin_bizplus.az_.jpg)
Lev Tolstoy
Dahi rus yazıçısı Lev Tolstoy qraf olsa da, ən ağır kənd işlərini görməkdən böyük həzz alardı. Torpağı kotanla şumlamaq, dəryazla ot biçmək, odun doğramaq onun ən sevimli məşğuliyyətlərindən idi. Bir gün hərəkətsiz qalanda özünü pis hiss edər, yuxusuzluqdan əziyyət çəkərdi.
![Lev Tolstoy](https://bizplus.az/wp-content/uploads/2019/07/Lev-Tolstoy_bizplus.az_.jpg)
Viktor Hüqo
Dahi fransız yazıçısı Hüqo yazı masası arxasında oturmazdan öncə əynindəkiləri soyunub qulluqçuya verərmiş ki, işlərini bitirib başa çatdırana qədər küçəyə çıxa bilməsin.
![Viktor Hüqo](https://bizplus.az/wp-content/uploads/2019/07/Viktor-Hüqo_bizplus.az_.png)
Onore de Balzak
Dahi fransız yazıçısı Balzak gün boyu içdiyi qəhvənin hesabına düz 48 saat fasiləsiz işləyə bilirmiş. Məhz bu səbəbdən yazıçının əlyazmaları üzərində xeyli qəhvə ləkələri aşkar edilib. Həkimlərin qənaətinə görə, Balzakın ölümünə də əndazəsiz dərəcədə qəhvə içməsi səbəb olub.
![Onore de Balzak](https://bizplus.az/wp-content/uploads/2019/07/Onore-de-Balzak_bizplus.az_.jpg)
Fridrix Şiller
Dahi alman şairi və filosofu Fridrix Şiller əsər yazarkən mütləq yanında çürük alma olmalıymış. O, çürük alma qoxusundan ilhamlandığına, yaradıcı ovqata düşdüyünə əmin imiş.
![Fridrix Şiller](https://bizplus.az/wp-content/uploads/2019/07/Fridrix-Şiller_bizplus.az_.jpg)
Nikola Tesla
Milliyyətcə serb olan və ailə qurmayan dahi fizik Nikola Tesla mikroblardan xəstəhal dərəcədə qorxduğundan əllərini gün ərzində dəfələrlə yuyarmış. Daimi yaşayış yeri olan mehmanxanalarda ona 20-30 ədəd dəsmal verilərmiş.
Bu səbəbdən əgər nahar vaxtı stola milçək qonardısa, Tesla ofisiantlardan dərhal yeməkləri dəyişməyi tələb edərmiş.
Tesla yeriyəndə addımlarını, yeyəndə tikələri sayarmış. Bunu edə bilməyəndə nə gəzməkdən, nə də yeməkdən ləzzət ala bilmir, süfrə arxasında tək oturmağa üstünlük verərmiş.
![Nikola Tesla](https://bizplus.az/wp-content/uploads/2019/07/Nikola-Tesla_bizplus.az_.jpg)
Albert Eynşteyn
Dahi alman fiziki Albert Eynşteyn heç vaxt corab geyinməzdi. Bu barədə həyat yoldaşına göndərdiyi məktublardan birində belə yazırdı: “Hətta ən təmtəraqlı mərasimlərdə də corabsız keçinə bilirəm. Sadəcə, sivil dünyaya qarşı bu “mədəniyyətsizliyimi” uzunboğaz çəkmələrdə gizləyirəm”.
![Albert Eynşteyn](https://bizplus.az/wp-content/uploads/2019/07/Albert-Eynşteyn_bizplus.az_.jpg)