Daha bir “ToxumArt” mağazası Bərdədə açıldı

Date:

Paylaş:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib. “ToxumArt” brendi altında fəaliyyət göstərən mazağa Bərdədə açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Bərdə rayon İcra Hakimiyətinin rəsmiləri, və digər qonaqlar iştirak ediblər.

“ToxumArt” mağazasında Dövlət Toxum Fondunun idxal etdiyi sertifikatlı, məhsuldar, yüksək reproduksiyalı buğda, arpa, kartof və xaşa toxumları mövcuddur. Mağazada Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının satışı həyata keçirilir. Süni mayalandırma mütəxəssisləri toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları əldə edə biləcəklər. Həmçinin, süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulan yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha da əlçatan olacaq.

Bundan başqa, mağazada Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinin istehsal etdiyi yerli tərəvəz toxumları təqdim edilib. Fermerlərə yerli tərəvəz toxumlarının təqdim edilməsinin əsas məqsədi ölkə fermerlərini mövcud bazar qiymətlərindən aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli, məhsuldar toxumlarla təmin etməkdir. “ToxumArt” mağazaları fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar təqdim edir.

“Dövlət-Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...