“M&M Milizers & Münch Baku LTD” MMC müflis olub.
Bizplus.az xəbər verir ki, Azərbaycan Respublikası “Müflisləşmə və iflas haqqında” Qanununun 9-cu maddəsinə əsasən iflas haqqında iş üzrə məhkəmə baxışı olacaq. Məhkəmə işi 25 fevral 2020-ci il saat 11:30-da Bakı Kommersiya Məhkəməsində baş tutacaq.
(VOEN: 1500230961, Ünvan: Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 34/60)
Qeyd edək ki, “Militzer & Münch” beynəlxalq daşımalarla məşğul olan iri İsveçrə şirkətidir.