Daha bir şirkət fonda müvəkkil seçilib

Date:

Paylaş:

Bu gün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə “FAME PRO” MMC arasında əməkdaşlıq müqviləsi bağlanmışdır.

“Bizplus.az” xəbər verir ki, bunu şirkətin direktoru Fərid Rüstəmov bildirib.

Müqaviləyə əsasən Cəmiyyət Fondun ipoteka kreditləri və eləcə də kredit zəmanətləri üzrə girov predmetlərinin qiymətləndirilməsi işini həyata keçirmək üçün müvəkkil təşkilatlar siyahısına əlavə edilmişdir.

“Müvəkkil şirkətlər siyahısına daxil edilməkdə Şirkətimizə göstərilən etimada görə başda rəhbərliyi olmaqla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna təşəkkürümüzü bildirir, təcrübəli komandamız sayəsində milli və beynəlxalq standartlara uyğun fəaliyyətimizi yüksək peşəkarlıqla davam etdirəyəcəyimizi bəyan edirik. Fondun digər bazar iştirakçıları olan bankların və sığorta şirkətlərinin bizə mürciət edəcək hər bir müştərisinə keyfiyyətli, operativ və müasir tələblərə uyğun xidmət göstərməkdən qürur duyacağıq”,- deyə Fərid Rüstəmov bildirib.

Qeyd edək ki, müvəkkil təşkilatları barədə məlumatları Fondun www.mcgf.az rəsmi internet səhifəsindən əldə etmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...