Daha bir “Kənddən Şəhərə” mağazasının açılışı olacaq

Date:

Paylaş:

“Kənd Təsərrüfatı Nazirliyi”nə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nın daha bir “Kənddən Şəhərə” mağazasının açılışı olacaq.

Bu barədə MMC-nın mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, mağazanın açılışı yaxın günlərdə baş tutacaq: “Mağaza Əhmədli qəsəbəsində yerləşəcək”.

“Dövlət Aqrar Ticarət Şirkəti”nin kiçik və orta fermerlərə dəstəyi çərçivəsində Nizami küçəsi,154B ünvanında “Kənddən Şəhərə” mağazası fəaliyyət göstərir.

İlin sonunadək “Dövlət Aqrar Ticarət Şirkəti”nin mağazalarının sayı 3 və ya 4-də çatdırılacaq.

Xatırladaq ki, “Dövlət Aqrar Ticarət Şirkəti 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahını artırılmasına xidmət etməkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...