Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Dağıstan Azərbaycana düyü ixracına başlayıb

Dağıstan Azərbaycana düyü ixracına başlayıb

70
Paylaş

Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.

Bizplus.az xəbər verir ki, Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.

Nazirliyin hesabatına əsasən, düyü istehsalının 97 min tona yaxın olacağı gözlənilir. İlkin proqnozlarda isə bu göstərici 95 min ton qeyd olunurdu.

Hesabatda o da bildirilir ki, Dağıstan düyü ixracı coğrafiyasını genişləndirib. Hazırda bölgə Azərbaycan, İran, Latviya, Vyetnam, Gürcüstan, Hindistan və İsrailə məhsul ixrac edir.