Əsas səhifə Biznes D.Trump prezident seçildikdən sonra rus oliqarxlar sərvət qazandı

D.Trump prezident seçildikdən sonra rus oliqarxlar sərvət qazandı

1207
Paylaş
rus oliqarxlar

Rusiyada səhmlərpul vahidlərinin yüksələn dəyəri sayəsində Donald Trumpın seçilməsindən bu yana oliqarxlar 29 milyard dollar qazanıblar. Onların bəziləri Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqasi olan insanlardır.

Bu oliqarxlar arasında Gennady Timchenko kimi məşhur adlar da yer alır. Birjada iştirak edən Novatekin səhmləri prezident seçkilərindən sonra 16 faiz artdı də Timchenkonun şirkətdə sahib olduğu 23 faizlik pay qısa müddət ərzində ona 1.8 milyard dollar mənfəət qazandırdı.

Rusiyanın ən varlı insanı olan Leonid Mikhelson bu qısa müddətdə sərvətinə hər kəsdən daha çox sərvət qatdı. Novatek sərmayəçilərindən olan Mikhelson ABŞ seçkisindən bu yana 1,9 milyard dollar qazandı və sərvətinin dəqiq dəyərini 18,2 milyard dollara qədər yüksəltdi. Putinin kürəkəni milyarder Kirill Shamalov da neft-kimya nəhəngi Siburun sərmayəçilərindən biridir və o da seçkilərdən sonra milyardlar qazandı.

Rusiyanın dollar milyarderləri Trumpın yeni ABŞ prezidenti seçilməsindən sonra sərvətlərini ümumilikdə 29 milyard dollar artırdılar və bu rəqəm ABŞ istisna olmaqla bütün dünyadakı milyarderlərin bu müddət ərzində qazanclarının hamısından daha yüksəkdir.

Polad sərmayədarları Alexey MordashovVladimir Lisin də bu seçkidən sonra ciddi şəkildə sərvət qazananlardan oldular. Mordashov 1,6 milyard dollar Lisin 1,4 milyard dollar daha zənginləşdi. Lisinin sərvətindəki artımın təxminən 850 milyon dolları Donald Trumpın zəfəri bitən kimi cəmi bir neçə gün ərzində reallaşdı.

Vahid Ələkbərovun da sərvəti artdı

rus oliqarxlar

Həmyerlimiz və hazırda dünyanın ən böyük neft şirkətlərində biri sayılan Lukoylun prezidenti Vahid Ələkbərovun sərvəti də ABŞ seçkilərindən bu yana 1,8 milyard dollar artım göstərdi. Lakin Ələkbərovun bu qazancı ABŞ siyasətindən çox neft bazarları ilə əlaqəlidir. Lukoylun səhmlərindəki yüksəliş Ələkbərovun milyard dollarlıq sərvət qazanmasına səbəb oldu.

Dəyəri yüksələn səhmlərlə yanaşı Rus rublunun artımından da böyük məbləğdə gəlir əldə edildi.