Dərman zavodunun sahibi cərimələnib – Pul göndərilib, mal gəlməyib

Date:

Paylaş:

2016-cı ildən Azərbaycanda fəaliyyət göstərən dərman şirkəti “Scandens Pharmaceuticals İndustries Ltd.” ( eyni adda zavodun rəsmi adı) barəsində Azərbaycan Mərkəzi Bankı inzibati cərimə protokolu tərtib edib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Qeyd edək ki, şirkət xariclə valyuta əməliyyatlarında nöqsanlara (İnzibati Xətalar Məcəlləsi: 430.4) yol verib.

Yasamal Rayon Məhkəməsi 19 fevral 2020-ci il tarixində adıçəkilən şirkətin 53 748 avro cərimə ödəməli olması ilə bağlı qərar verib. Bu isə hazırkı (26.02.2020) məzənnəyə görə 99 344 manatlıq vəsait deməkdir.

“Scandens Pharmaceuticals İndustries”  zavodunda 90 adda 150 milyondan çox tablet və 40 milyon kapsul istehsal edilməsi nəzərdə tutulmuşdu.  Qeyd edilirdi ki, zavodun işə düşməsi nəticəsində 100-dən çox yüksək ixtisaslı mütəxəssisin işlə təmin edilməsinə imkan yaradılacaq.

XATIRLATMA

Bu inzibati xətaya görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə tətbiq edilir. Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən 30%-dək məbləğdə cərimə edilir. Cərimənin formal səbəb, köçürmədən sonra malın 270 gün ərzində Azərbaycana idxal edilməməsidir.

Hazırda bu protokolu tərtib etmə hüquqi Mərkəzi Banka məxsusdur. AMB isə bununla bağlı son açıqlamasında bildirib ki,  qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...