Dəb dünyasının ən zəngin şəxslərinin adları açıqlanıb

Date:

Paylaş:

GQ (“Gentlemen’s Quarterly”) jurnalının Avstraliya versiyası moda aləminin ən zəngin şəxslərinin reytinqini tərtib edib. Siyahı nəşrin saytında dərc olunub.

Reytinqin ilk pilləsini “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun rəhbəri, eləcə də Avropanın ən zəngin adamı olan Bernar Arno tutur. Onun sərvəti 137 milyard Avstraliya dollarına (140 milyard AZN) müvafiqdir.

İkinci yerdə isə “Inditex” mağazalar şəbəkəsinin (bura “Zara”, “Bershka”, “Massimo Dutti”, “Pull & Bear”, “Stradivarius”, “Oysho” kimi məşhur brendlər daxildir) sahibi Amansio Orteqanın adı çəkilir. Onun sərvəti 93,1 milyard Avstraliya dolları (95 milyard AZN) təşkil edir.

Dünyanın ən zəngin qadını, dünya parfümeriya və kosmetika bazarının lideri olan “L’Oréal”ın sahibi  Fransuaza Betankur isə üçüncü pillədə qərarlaşıb. Onun sərvəti 78,3 milyard Avstraliya dollardır (80 milyard AZN).

Reytinqdə, həmçinin “Nike” idman geyimləri brendinin təsisçisi Fil Nayt, “Kering” konqlomeratının sahibi Fransua Pino, Yaponiyanın “Uniqlo” markasının başçısı Tadasi Yanai və “Chanel ” evinin varisləri Alen və Cerard Verthaymer yer alıblar.  

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...