Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu

Dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu

78
Paylaş

Dünyanın ən böyük şirkəti “Saudi Aramco”nun səhmləri ikinci əməliyyat günündə də 10% bahalaşıb. Neft nəhənginin bazar dəyəri 2 trilyon dolları aşıb və 2.06 trilyon dollarlıq bazar dəyərinə çatıb. 

“Bizplus.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun səhmlərinin ilk kütləvi satışı aparılmış və iki gün öncə birjada əməliyyatlar başlamışdır.

“Aramco”nun səhmləri 32 riyaldan satışa çıxmış və şirkətin bazar dəyəri həmin gün 1.7 trilyon dollar təşkil etmişdi.

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın neft şirkətinə 2 trilyon dollar qiymət qoymuşdu.

Dünyanın ən böyük şirkəti “Aramco”nun bazar dəyəri “Microsoft” və “Apple”ı geridə qoyur.