Əsas səhifə Biznes Biznes məqalələri Dəb aləminin pensilin dərmanı: asılqanlar istehsalçısı dəb sənayesini dəyişir

Dəb aləminin pensilin dərmanı: asılqanlar istehsalçısı dəb sənayesini dəyişir

45
Paylaş

Amsterdamın Arch & Hook startapı emal olunmuş materiallardan geyim asılqanları istehsal edərək ətraf mühitin çirklənməsi ilə mübarizə aparır. Startap artıq 10 milyonlarla avro cəlb edib.

Plastiklə mübarizə gündəlik istifadə etdiyimiz ən sadə əşyaların əhəmiyyətini itirməsinə səbəb olub: plastik paketlər, butulkalar və s. Ticarətdə, siyasətdə dəyişikliklər baş verib, təkrar istifadəyə və ya ekoloji təhlükəsiz alternativlərin istehsalına yönəlmiş yeni sahələr yaranıb.

Dəb dünyası da ekologiyanı qoruyur. “Davamlı inkişaf” konsepsiyasının geniş yayılması dəb sənayesini ciddi şəkildə dəyişib və yenidən istehlak bazarının iştirakçılarına təsir edib. Boston Consulting Group-un hesablamalarına görə, düzgün ekoloji təcrübələr dəbli brendlərin öz gəlirlərini 2% artırmalarına kömək olur.

Hal-hazırda dəb sənayesi ətraf mühitə əsaslı şəkildə təsir edir və aparıcı brendlər ekoloji materiallara keçirlər.

“Hamımız günahkarıq”

Londonda keçirilən və 2020 yaz-yay mövsümü kolleksiyalarına həsr olunan dəb həftəsinin ilk günü Extinction Rebellion hərəkatının kiçik aktivistlər qrupu fotoqrafların diqqət mərkəzində olub. Onlar etiraz əlaməti olaraq özlərini ölülüyə vurublar.

Həmin gün PR-menecerlər, jurnalistlər və dəb sənayesi nümayəndələri Londonun mərkəzində tədbirdə bir araya gəliblər. Bu tədbir  modelyer  Rolan Mure və Arch & Hook startapının qurucuları tərəfindən təşkil olunub. Arch & Hook startapı ekoloji  BLUE asılqanlarını təqdim edib. Onlar dəb sənayesinə görə hər il okeana atılan tonlarla plastiklə mübarizə üçün yaradılıblar.

Arch & Hook-un hesablamasına görə, hər il bütün dünya üzrə 150 mlrd geyim əşyası istehsal olunur. Bununla belə, onların üçdə ikisini tikiş fabriklərindən polimerdən hazırlanmış plastik asılqanlar mağazalarına daşıyırlar. Bu bizim mağazalarda gördüyümüz həmin asılqanlardan deyil. Geyimləri daşıdıqdan sonra onlar dəbli asılqanlarla əvəzlənir və tullanırlar.

Arch & Hook şirkətinin baş direktoru ekoloji BLUE asılqanlarını zarafata “əsgərlər” adlandırır, belə ki, onlarn əsas işi polimer asılqanları əvəz etməkdir. “ Etiraf etməliyik ki, dəb aləmi ətraf mühitə dəhşətli dərəcədə təsir edir. Dəb ömürlük deyil. Hər hansısa əşya dəbdən düşəndə zibil qutusuna atılır. Və biz hamımız bunda günahkarıq” – deyə, Anna Mas Forbes-ə müsahibəsində bildirir.

Modelyer Rolan Mure etiraf edir ki,  məhz onun məhsulları “ildə iki geyim kolleksiyasından altıya”qədər çatdırılmaqla dəb dövriyyəsini sürətləndirib. Bir dəfə Britaniya dəb şurasının nümayəndələri onu  Arch & Hook şirkətinin qurucularından biri olan Fauzerlə tanış edirlər və dizayner şirkətin konsepsiyasından heyrətə gəlir. Rolan Mure Forbes-ə müsahibəsində özünün geyimlər kolleksiyasının bir “monstr” yaratdığını deyir. O, ekoloji BLUE asılqanlarını “ dəb dünyası üçün penisilin antibiotiki” adlandırıb, belə  ki, onların köməyi ilə plastiklərdən istifadəyə son qoyula bilər.

Özünün reklam kampaniyasında Arch & Hook  plastik “birdəfəlik” istifadə asılqanları problemini təmamilə yeni bir tərzdə açıqlayır. Şirkətin hesablamasına görə, 1 mlrd belə asılqanın 85%-i sonda zibil qablarına atılır. Reklam çarxında atılmış asılqanlar Big Ben və Empayr-State-Building göydələnləri ilə müqayisə edilirlər.

Fauzerin sözlərinə görə, Arch & Hook  növbəti raund ərzində “on milyonlarla” avro cəlb edib. Sentyabr ayının ortaları adları hələ ki açıqlanmayan 16 geyim istehsalçısı və dəb dizayneri geyimlərin daşınmasında BLUE asılqanlarından istifadə ilə bağlı razılıq imzalayıblar. Sonra onlar asılqanları təkrar istifadə və ya emal üçün şirkətə geri qaytarmalıdırlar.

“Tullantı ovu”

Arch & Hook  şirkəti özünü dünyada bir nömrəli ekoloji asılqanlar istehsalçısı kimi təqdim edir. 2017-ci ildə bu startap ilk taxta asılqanlar kolleksiyasını buraxıb. Amma onlar geyim daşımaq üçün deyil ancaq mağazalar üçün nəzərdə tutulmuşdular. Arch & Hook  şirkətinin məhsulları ilə Yves Saint Laurent və Vetements kimi brendlər maraqlanıblar.

Sürətlə artan tələblərə cavab vermək üçün şirkət qurucuları başqa materiallardan istifadə etməyə başlayırlar. İyunda şirkət emal edilmiş materiallardan Mission-E adı altında asılqanlar seriyasını, sentyabrda isə Dünya okeanından yığılmış plastiklərdən ekoloji BLUE asılqanları kolleksiyasını buraxıb. Onları Çinin Xuanxe və Yantsızı  da daxil olmaqla dörd iri çayından yığılmış tullantəıardan hazırlayırlar. Tullantıları dənizə çatmamış yığırlar sonra isə çeşidləyib növbəti emal üçün bölüşdürürlər. BLUE asılqanları həm köynəklər həm də şalvarlar üçün münasibdir. Tullantların toplanmasında şirkətə Çin hökuməti kömək edir.

Fauzer etiraf edir ki, 1 mlrd-dan çox asılqan sifarişinin hazırlanmasına okean tullantılarının cəmi 2%-i sərf olunur. Bundan başqa, ən tanınmış dünya riteylerləri yeni texnologiya tətbiq etsələr, bu, dəb sənayesinin növbəti piar-layihəyə deyil artan inkişafa ciddi yanaşdığını göstərəcək.

Təkcə asılqanlar yox

Birdəfəlik asılqanlar problemin təkcə bir hissəsidir. YouTube-da “bağlamaların qablaşdırılması” ilə bağlı videolara rast gəlmək mümkündür. Belə videolarda blogger qablaşdırmanın keyfiyyəti və çəkisi barədə uzun-uzadı danışır və bu aspektlərə diqqət çəkir.  Belə videolar brendlərin ağlına bağlamaların dizaynı ilə bağlı çoxlu ideyalar gətirir.

Delta Global şirkətinin baş direktoru artıq 28 ildir ki, lüks sinif məhsul bağlamaları sahəsində çalışır və o, brendlərə bağlamalarının emalı və ya təkrar istifadəsi məsələləri ilə əlaqədar məsləhətlər verir. O, Forbes jurnalına müsahibəsində deyib: “ Brendlər nəhayət ki, bizim son 30 – 40 ildir ki üzərində çalışdığımız israfçılıq və geniş istehlakla bağlı hər bir şirkətin nəsə bir şey etməli olduqlarının fərqinə varıblar”.

Delta Global şirkətinin müştəriləri arasında dünyaca tanınmış pərakəndə satış şirkətləri olan Matches Fashion, Net-A-Porter, Tom Ford, La Mer və Ted Baker var. Şirkətin baş direktorunun sözlərinə görə, məhz lüks sinif brendlər qablaşdırmanı təkmilləşdiməyə və onu daha ekoloji etməyə çalışırlar və bunu “sürətli dəb” adlanan seqmentdə işləyən şirkətlər üçün demək olmaz.

Matches Fashion reteylerinin nümayəndələri Forbes-ə bildirblər ki, müştərilərinin 65%-i  “davamlı inkişaf prinipləri əsasında yaşamağa cəhd göstərirlər, buna görə də şirkətin əsas işi asan emal edilən və plastikdən olmayan qablaşdırmaların yaradılması olub. Onların özünəməxsus mərmər qutuları təkrar istifadə edilə bilər.