Tesla şirkəti Cybertruck pikapının seriyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır. Maşına artıq 200 min nəfərin adına öncədən sifariş qeydə alınıb. Bu barədə şirkət rəhbəri öz Twitter hesabında yazıb.
Qeyd edək ki, ABŞ-da yaşayan Aleks Paçay belə hesab edir ki, 2021-ci ilə qədər Cybertruck-un dizaynı əsaslı şəkildə dəyişəcək, belə ki, avtomobilin hazırkı görünüşü yerli tənzimləyicinin tələblərinə cavab vermir.
Pikapın yan güzgüləri yoxdur və onların yerinə olan kameralara isə hələ ki, ABŞ-da icazə yoxdur. Bundan başqa, istifadəsi yağışda mütləq olan və ştatın qanunları ilə tənzimlənən şüşə silən rezinləri çatışmır.
Maneə ilə toqquşma zamanı təhlükəsizlik elementi kimi sayılan ön bamperi yoxdur.
Ön işıq zolağı və əyləc siqnalı işığı orqanların sertifikatlaşdırılmasından keçməyəcək. Dönmə siqnalları və üçüncü əyləc siqnalı yoxdur.
Təkərləri kənara çıxır və bu da yeni avtomobil sertfikatlaşdırılma qaydalarına ziddir.
Pikapın iti künclərinin digər avtomobillər və piyadalar üçün nə dərəcədə təhlükəsiz olması da məlum deyil.