Tesla-nın səhmlərinin ucuzlaşmasından sonra şirkət rəhbərinin sərvəti 768 mln. dollar azalıb. Bu, Cybertruck elektropikapının uğursuz təqdimatına görə baş verib.
Cümə axşamı günü Los-Angelesdə keçirilən təqdimat mərasimində maşının şüşələrinin gülləyə tab gətirdiyini göstərmək üçün ona dəmir top atılıb, amma şüşə qırılıb.
Teslanın rəhbəri buna münasibət bildirərkən deyib ki, onun nədən baş verdiyini anlamayıb və görünür ki, təkmilləşdirilməli yerləri var və onlar bunu düzəldəcəklər.
Bu hadisədən sonra Teslanın səhmləri 6% ucuzlaşıb və Musk Forbes-in dünyanın ən zəngin adamlarının reytinqində 41-ci yerə düşüb.