ABŞ-da fevral ayından etibarən genetikası dəyişdirilərək çürüməyinə əngəl olunan almalar satışa təqdim ediləcək.
Arctic adındakı əkinçilik şirkətinin yetişdirdiyi almalar Fevral və Mart ayından etibarən Amerikanın qərbində 10 mağazada satışda olacaq.
Kəsildiyində ya da dişləndiyində qısa müddətdə almanın qəhvəyi rəng olmasına səbəb olan polifenol oksidaz fermentini minimum səviyyəyə çatdıran şirkət məhsullarının insan sağlamlığına zərər verməyəcəyinə əmin olduğunu söyləyib.
Bu almalar kəsildikdən 3 həftə sonraya qədər çürümədən qala bilir.
Almaların Qızılı, Granny Smith və Fuji növlərində uğurla tətbiq olunan üsul ABŞ və Kanada kənd təsərrüfatı nazirlikləri tərəfindən qəbul olunub.
İstehlakçılar isə belə bir qidanın yetişdirilməsinin pis nəticələr yarada biləcəyini düşünür.