2019-cu ilin ən bahalı “unicorn”u “Uber”in pilotsuz avtomobillərin istehsalı üzrə bölməsi olub. O 7,3 mlrd. dollar dəyərləndirilib.
Crunchbase-in hesablamasna görə, 2019-cu ilin 1 yanvarından 25 dekabrına kimi dəyəri 1 mlrd. dollardan çox olan 142 şirkət qeydə alınıb. Keçən il bu göstərici 158 idi.
Müvafiq olaraq 2017-ci ildə 102, 2016-da 87, 2015-də 106 belə şirkət olub.
Yeni “unicorn”lar sayına görə, ölkələr üzrə reytinqə ABŞ başçılıq edir – 78 şirkət burada 1 mlrd. dollardan çox dəyərləndirilib. Müvafiq olaraq, Çində 22, Braziliya və Almaniyada 5, Böyük Britaniya, İsrail və Hindistanda isə 4 belə şirkət yaranıb.
2019-cu ildə yeni “unicorn”-şirkətlər ümumilikdə 85,1 mlrd. dollar cəlb ediblər. 2018-ci ildə bu rəqəm 139 mlrd. dollar. 2017-ci ildə isə 93,8 mlrd. dollar olub.
Artıq geridə qoymağa hazırlaşdığımız 2019-cu ilin ən bahalı “unicorn”ları bunlar olub:
“Uber Advanced Technologies Group”, “Uber”in pilotuz avtomobillər istehsalı üzrə törəmə şirkəti – 7,3 mlrd. dollar.
“JD Health” dərmanların onlayn-ticarəti platforması – 7 mlrd. dollar.
“Databricks” analitik məlumatların birləşdirilməsi platforması – 6,2 mlrd. dollar.
“Bulud” mətbəxlər yaradıb icarəyə verən “CloudKitchens” – 5 mlrd. dollar.
Elektrik avtomobillər istehsalçısı “Rivian” – 5 mlrd. dollar.